“Neftçi” ispan məşqçi ilə müqaviləni yenilədi
“Neftçi” fiziki hazırlıq üzrə məşqçi Eduardo Karo ilə müqavilənin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, ispaniyalı mütəxəssislə anlaşma daha 1 illiyə artırılıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İspaniyalı mütəxəssis 2021/22 mövsümünün sonunadək bu vəzifəni icra edəcək.
Qeyd edək ki, Eduardo Karo 2021-ci ilin yanvarından “Neftçi”də çalışır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin