“Real”ın Pyatek sevgisi

“Real” “Cenoa”nın forvardını heyətinə qatmaq istəyir.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu” “Cenoa”nın 23 yaşlı forvardı Kşiştof Pyateki icarə əsasında mövsümün sonuna qədər heyətinə qatmağı düşünür. “Real” Pyatekin mövsümün sonuna qədər göstərdiyi oyundan razı qalarsa, onu birdəfəlik transfer edəcək.

İtaliya klubunun bu təklifə cavab vermədiyi deyilir.

Bu mövsüm “Cenoa”nın heyətində 21 oyunda iştirak edən polşalı forvard, 19 qol vurub, 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button