Ukrayna millisində itki – AÇ-2020-ni buraxacaq

Kiyev “Dinamo”sunun və Ukrayna milli komandasının futbolçusu Vitali Buyalıski AÇ-2020-də iştirak etməyəcək.

Komanda.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçi zədə səbəbindən AÇ-2020-ni buraxacaq.

AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Ukrayna yığması turnirin qrup mərhələsində Niderland, Avstriya və Şimali Makedoniya ilə qarşılaşacaq.

AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button