“Liverpul”da türk futbolçu ilə bağlı qərar verildi

“Liverpul”da icarə əsasında çıxış edən Ozan Kabakla bağlı qərar verilib.

Komanda.az xəbər verir ki, Mersisayt təmsilçisi türk müdafiəçinin transfer hüquqlarını almayacaq. Bu barədə “The Sun” nəşri məlumat yayıb. Xəbərdə, “Liverpul”un Ozan üçün 18 milyon avro ödəməkdən vaz keçdiyi bildirilib.

Bu ilin fevralında “Liverpul”a keçən 21 yaşlı futbolçu Premyer Liqada 9 oyuna çıxıb.

Türkiyəli futbolçu yayda müqavilə ilə məxsus olduğu “Şalke”yə qayıdacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button