“Spartak” Ayaz Quliyevlə yollarını ayırdı
Rusiyanın “Spartak” klubu azərbaycanlı futbolçu Ayaz Quliyevlə yollarını ayırıb.
Komanda.az “championat.com” saytına istinadən xəbər verir ki, Ayazla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Ayaz 2019-cu ilin yanvarından “Spartak”da çıxış edirdi. 24 yaşlı futbolçu bu mövsüm Moskva klubu ilə rəsmi oyuna çıxmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin