“Fənərbaxça” istəyirdi, ərəblərlə müqavilə imzaladı
Portuqaliyanın “Portu” klubunun futbolçusu Mussa Mareqa karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Komanda.az xəbər verir ki, 30 yaşlı hücumçu “Əl Hilal” klubu ilə müqavilə imzalayıb. Bu barədə Ər Riyad təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mareqa ilə sözləşmənin müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulub. Hücumçu yeni klubuna azad agent kimi yayda qoşulacaq.
Mareqa 2016-cı ildən “Portu”da çıxış edir. Malili hücumçu bu komanda ilə 190 oyunda 72 qol vurub.
Mareqanın adı Türkiyənin “Fənərbaxça” klubu ilə hallanırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin