Azərbaycanlı futbolçunun komandası Premyer Liqa ilə vidalaşdı

Rusiya Premyer Liqasını tərk edəcək ilk klub məlum olub.

Komanda.az xəbər verir ki, 28-ci turda “Rostov”a 0:2 hesabıyla uduzan “Tambov”un sona iki tur qalmış elitanı tərk edəcəyi dəqiqləşib.

“Tambov” bu mövsüm Rusiya Premyer Liqasında keçirdiyi 28 oyunda cəmi 13 xal toplaya bilib və 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb. “Tambov”da azərbaycanlı futbolçu Azər Əliyev çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button