Azərbaycanlı futbolçunun keçmiş klubunun prezidenti özündən çıxdı: penaltini ləğv etdirdi

Küveyt çempionatının 12-ci turu çərçivəsində keçirilən “Əl Salmiyə” – “Əl Qudisiyə” matçında maraqlı hadisə yaşanıb.

Komanda.az xəbər verir ki, qarşılaşmanın 90+11-ci dəqiqəsində “Əl Salmiyə”nin qapısına penalti təyin edilib. Bu qərardan sonra oyunu stadiondan izləyən “Əl Salmiyə”nin prezidenti Talal Əl Fahad meydana daxil olaraq, futbolçularına meydanı tərk etmələrini tapşırıb və stadionun işıqlarını söndürtdürüb.

Bundan sonra qarşılaşmanın hakimi VAR-a baxaraq, penaltini ləğv edib və matç yenidən oynanılıb. Görüş qolsuz bərabərliklə bitib.

“Qəbələ”nin futbolçusu Kamal Mirzəyev 2019-cu ilin avqustundan 2020-ci ilin sentyabrına qədər “Əl Salmiyə”də çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button