Yunanov het-trik etdi, milli komanda böyük hesabla uduzdu
Bakıda təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirib.
Komanda.az xəbər verir ki, millimizin budəfəki rəqibi “Səbail” olub.
Premyer Liqa təmsilçisi bu oyundan 4:0 hesablı qələbə ilə ayrılıb. “Dənizçilər”in heyətində Amil Yunanov het-trik edib. 25-ci dəqiqədə penaltidən dəqiq yararlanan hücumçu, 60 və 75-ci dəqiqələrdə də fərqlənib. Digər qolu isə 30-cu dəqiqədə Mirsahib Abbasov rəqib qapısından keçirib.
Xatırladaq ki, U-19 millimiz bundan əvvəlki sınaq matçında 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına 1:2 hesabıyla uduzmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin