Qədirzadəli “Samtrediya” səfərdə uduzdu
Futbol üzrə Gürcüstan çempionatında 8-ci turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, azərbaycanlı müdafiəçi İbrahim Qədirzadənin formasını geyindiyi “Samtrediya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə Tiflis “Dinamo”su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
İbrahim də bu görüşün iştirakçısı olub. 21 yaşlı müdafiəçi 66-cı dəqiqədə meydana buraxılıb.
“Samtrediya” 8 oyuna topladığı 4 xalla hazırda 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin