Qara Qarayevin son durumu bilindi – “Keşlə” ilə oyunu buraxacaq

“Qarabağ”ın zədəli futbolçusu Qara Qarayev məşqlərə başlayıb.

Komanda.az xəbər verir ki, bu barədə 28 yaşlı yarımmüdafiəçi “facebook” hesabında məlumat yayıb. O, iki həftə aradan sonra məşqlərə başladığını bildirib. Qarayev ağrılarının olmadığı təqdirdə, yaxın 5-6 günə komandayla məşqlərini bərpa edəcəyini də deyib.

“Qarabağ” Azərbaycan Premyer Liqasında növbəti oyununu aprelin 4-də, səfərdə “Keşlə”yə qarşı keçirəcək. Qarayev zədə səbəbindən bu görüşü buraxacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button