Türkiyə klubunda şok istefa – 5 gün öncə təyin olunmuşdu

Türkiyənin “Ərzurumspor” klubunda gözlənilməz istefa baş verib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisinin baş məşqçisi İsmail Kartal postundan ayrılıb.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İstefanın səbəbləri bilinmir. Hələlik, klub da bu barədə rəsmi məlumat yaymağa tələsmir.

Qeyd edək ki, İsmail Kartal cəmi beş gün əvvəl – martın 23-də “Ərzurumspor”un baş məşqçisi təyin olunmuşdu. O, bu postda Mesut Bakkalı əvəz etmişdi.

“Ərzurumspor” bu mövsüm Super Liqada keçirdiyi 30 oyunda 27 xal toplaya bilib və 21 kollektiv arasında 19-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button