“Minay” Nuriyevin yoxluğunda macarlarla bacarmadı
Ukraynanın “Minay” komandası yoxlama oyunu keçirib.
Komanda.az xəbər verir ki, milli komadaların oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən istifadə edən sözügedən kollektiv Macarıstan “Kişvarda”sı ilə qarşılaşıb.
Azərbaycanlı futbolçular – Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Nuriyev hazırda Azərbaycan milli komandasının düşərgəsində olduğu üçün bu oyunun iştirakçısı olmayıb. Rüstəm isə macarlarla görüşə start heyətdə başlayıb. Azərbaycanlı hücumçu ikinci hissədə əvəzlənib.
Qeyd edək ki, “Minay” bu mövsüm Ukrayna Premyer Liqasında keçirdiyi 18 oyunda 14 xal toplaya bilib və 14 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin