“İnter” türk futbolçu üçün 15 milyon avro ödəməyə hazırdır

İtaliyanın “İnter” klubu yayda heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

Komanda.az xəbər verir ki, “neradzurra” Türkiyənin “Trabzonspor” klubunun futbolçusu Uğurcan Çakırı heyətinə qatmaq niyyətindədir. Bu barədə “Milliyet” nəşri məlumat yayıb. Xəbərdə, “İnter”in 24 yaşlı qapıçı üçün 15 milyon avro təklif edəcəyi bildirilib.

Türkiyə milli komandasının da üzvü olan Uğurcanın “transfermarkt”da dəyəri 16 milyon avrodur. Qapıçının “Trabzonspor”la müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button