“Qarabağ”ın ehtiyat qüvvəsi inkişaf edir”
“Qarabağ”ın əvəzedici komandası Birinci Divizionun 18-ci turunda “Sumqayıt”ın ikinci komandası ilə qarşılaşıb.
Komanda.az xəbər verir ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən matçda hesab açılmayıb.
Oyundan sonra “Qarabağ”ın ikinci komandasının baş məşqçisi Cavad Mirzəbəyli Ağdam klubunun rəsmi saytına açıqlama verib:
“Hava şəraiti keyfiyyətli futbol nümayiş etdirməyə mane olurdu. Hər iki komanda bundan əziyyət çəkdi. Buna baxmayaraq, qol epizodları yaratdıq. Əsas olan epizodları dəyərləndirməkdir ki, bunu da bacarmadıq. Futbolçularımız əllərindən gələni etdilər. Birinci Divizionda ən gənc kollektivik. Nəticədən çox gənclərin inkişafı önəmlidir. Bu tura qədər ümumi çıxışımızı götürsək, nəticələri normal hesab edirəm. Məncə, doğru yoldayıq. Bəzi oyunlarda bəxtimiz gətirməyib, elə oyunlar olub ki, optimal heyətlə getməmişik. Komandadan razıyam. Əsas odur ki,”Qarabağ”ın ehtiyat qüvvəsi inkişaf edir”.
Bizi Facebook-da izləyin