“Qurban Qurbanov mənə fədakarlığın nə olduğunu öyrətdi” – Miçel
Dünən futbolçu karyerasını sonlandıran “Qarabağ”ın sabiq yarımmüdafiəçisi Miçel İspaniya mətbuatına müsahibə verib.
Komanda.az “marseillenews.net” saytına istinadən xəbər verir ki, Miçel, “karyeranda sənin üçün xüsusi ilə seçilən biri kimdir” sualını belə cavablandırıb:
“Manolo Presiado (İspaniyanın “Sportinq” (Xixon) komandasının keçmiş baş məşqçisi) məni futbola gətirən adamdır, mənə çox dəstək verdi. Onunla şəxsi əlaqələr qurduq və dost olduq. Digər məşqçi isə “Qarabağ”dakı Qurban Qurbanovdur. O, mənim futbolçu kimi inkişaf etməyimə kömək oldu. Qurban Qurbanov mənə fədakarlığın nə olduğunu öyrətdi. O, məşqlərdən zövq alır, vaxtının çox hissəsini komanda ilə keçirirdi”.
Miçel 2015-2019-cu illər aralığında “Qarabağ”da çıxış edib.
Bizi Facebook-da izləyin