Portuqaliya millisinin müdafiəçisi Azərbaycanla oyunu buraxa bilər
Almaniyanın “Borussiya” (Dortmund) klubunun futbolçusu Rafael Gerreyro zədələnib.
Komanda.az xəbər verir ki, 27 yaşlı müdafiəçi Almaniya kubokunun 1/4 final mərhələsinin Münhenqladbax “Borussiya”sı ilə keçirilən oyununda (1:0) sıradan çıxıb. Qarşılaşmanın 5-ci dəqiqəsində zədələnərək, meydanı tərk edən Gerreyronun son durumu tibbi müayinədən sonra bilinəcək.
Portuqaliya milli komandasının da üzvü olan müdafiəçinin yığmanın martdakı oyunlarını buraxacağı gözlənilir. Portuqaliya millisi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində martın 24-də Azərbaycanla, 27-də Serbiya, 30-da isə Lüksemburqla qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin