Pato sərbəst qaldı

Braziliyalı futbolçu Aleşandro Pato Çin təmsilçisi “Tyantzin Tyantsyan”la olan müqaviləsini ləğv edib.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, Patonun qarşılıqlı razılaşma əsasında müqaviləsini ləğv etdiyi bildirilib.

Karyerası ərzində “Milan”, “Korintians”, “Çelsi”, “Vilyarreal” kimi klublarda forma geyinən Pato, 2017-ci ilin yanvarından “Tyantzin Tyantsyan” klubunda çıxış edirdi.

Pato 27 dəfə də Braziliya millisində forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button