“Verona” “Parma”nı məğlub yola saldı
Futbol üzrə İtaliya A Seriyasında 22-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, turun açılış matçında “Bolonya” “Benevento” ilə qarşılaşıb. Bu oyunda qalib müəyyənləşməyib.
Lider “Milan” bu turda “Spetsiya” səfərinə yollanıb və məğlubiyyətlə üzləşib.
Turun mərkəzi görüşü Neapolda keçirilib. Cennaro Qattuzonun rəhbərlik etdiyi “Napoli” son çempion “Yuventus”la münasibətlərinə aydınlıq gətirib. Turin təmsilçisi də çətin səfərdən əliboş qayıdıb. “Torino” – “Cenoa” görüşündə isə qapılara qol vurulmayıb.
Bazar günü “Roma” “Udineze”ni, “İnter” “Latsio”nu, “Sampdoriya” isə “Fiorentina”nı məğlub yola salıb. Səfərdə “Kalyari” ilə qarşılaşan “Atalanta” 3 xalı tək qolla qazanıbsa, “Sassuolo” da “Krotone” ilə oyundan qələbə ilə ayrılıb.
Sonuncu oyun günündə “Verona” ilə “Parma” üz-üzə gəlib. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə başa çatıb.
İtaliya A Seriyası, 22-ci tur
12 fevral
Bolonya – Benevento 1:1
Qol: Sansone, 1 – Viola, 60.
13 fevral
Torino – Cenoa 0:0
Napoli – Yuventus 1:0
Qol: İnsinye, 31-pen.
Spetsiya – Milan 2:0
Qol: Macciore, 56. Bastoni, 67.
14 fevral
Roma – Udineze 3:0
Qol: Veretu, 5; 25-pen. Pedro, 90+3.
Kalyari – Atalanta 0:1
Qol: Muriel, 90.
Sampdoriya – Fiorentina 2:1
Qol: B.Keyta, 31. Kvalyarella, 71 – Vlahoviç, 37.
Krotone – Sassuolo 1:2
Qol: Unas, 26 – Berardi, 14. Kaputo, 49-pen.
İnter – Latsio 3:1
Qol: Lukaku, 22-pen; 45. L.Martines, 64 – Eskalante, 61.
15 fevral
Verona – Parma 2:1
Qol: Qrassi, 13-öz qapısına. A.Barak, 62 – Kuçka, 8-pen.
Bombardir: Kriştiano Ronaldo (Yuventus) – 16 qol.
Bizi Facebook-da izləyin