“Mançester Yunayted”in Avroliqa oyunu İtaliyada keçiriləcək
Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində İspaniyada keçirilməli olan “Real Sosyedad” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) matçının məkanı dəyişdirilib.
Komanda.az xəbər verir ki, qarşılaşma İtaliyada keçiriləcək. Bu barədə AS nəşri məlumat yayıb.
Matçın stadionunun dəyişdirilməsinə səbəb koronavirus pandemiyasının yaratdığı problemlərdir. Pandemiya ilə əlaqədar İspaniya və İngiltərə arasındakı beynəlxalq uçuşlara məhdudiyyətlər qoyulub.
Qarşılaşma fevralın 18-də, İtaliyada “Yuventus”un ev oyunlarını keçirdiyi “Alyants Stadium”da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin