“Qalatasaray”da 2 ciddi itki
Türkiyənin “Qalatasaray” klubu iki ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, “sarı-qırmızılar”ın müdafiəçiləri Marselo Saraççi və Martin Linnes zədələnib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Super Liqanın 24-cü turunun “Fənərbaxça” ilə səfər matçında zədələnən hər iki cinah müdafiəçisi iki həftə yaşıl meydanlardan uzaq qalacaq.
“Qalatasaray” “Fənərbaxça”nı səfərdə Mustafa Məhəmmədin qolu ilə 1:0 hesabıyla məğlub edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin