“Messi bizdə olsaydı…” – “Lion”un prezidenti
“Lion”un prezidenti Jan-Mişel Olas, Çempionlar Liqasının 1/8 finalında “Barselona”ya məğlub olduqları oyundan sonra fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Olas, 1:5 hesabıyla bitən görüşü belə şərh edib:
“Oyunun əvvəlində çox çətinlik çəkdik. Sonrasında qapıçımız Antonio Lopes zədələndi və hakim kritik penalti qərarı verdi. O, inanmağı çox çətin olan bir qərar verdi. Epizodun penalti ilə əlaqəsi belə yox idi. Hətta hakimi aldatdığı üçün Luis Suaresə sarı vərəqə verməli idi. Ancaq Lukas Tusartın qolundan sonra komandamın vediyi reaksiya məni xoşbəxt etdi.
Bu oyunda VAR sistemindən razı qalmadım. Oyunun ən həlledici anında işləmədi. “Barselona” çox güclü komandadır, ancaq nəticə bu cür olmamalıydı.
Mən futbolu çox yaxşı bilən biri deyiləm, sadəcə klub prezidentiyəm. Amma Lionel Messi bizdə olsaydı, turu keçən tərəf biz olacaqdıq. İki komanda arasındakı tək fərq Messi idi.”
“Lion” ilk oyunda qolsuz bərabərə qaldığı “Barselona”ya 1:5 hesabıyla məğlub olaraq, ÇL-də mübarizəni 1/8 finalda dayandırıb.
Bizi Facebook-da izləyin