Norveç yığmasının hücumçusu Türkiyə klubunda

Türkiyənin “Rizəspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa klubu norveçli hücumçu Aleksander Soderlundu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 33 yaşlı forvardla 1.5 illik müqavilə imzalanıb.

Soderlundun sonuncu iş yeri İsveçin “Hakken” klubu olub. Norveç millisində 34 oyun keçirmiş futbolçu karyerası ərzində “Hoqesun”, “Namur”, “Botev”, “Hafnarfyordur”, “Rosenburq” və “Sent-Etyen” kimi klublarda da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button