“Seltik”dən “Bayer”ə 11 milyon avroluq transfer

Almaniyanın “Bayer” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi İngiltərənin “Mançester Siti” klubunun yetirməsi Jeremi Frimponqu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Şotlandiya “Seltik”indən transfer olunan 20 yaşlı niderlandlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

“Bayer” bu keçidə görə “Seltik”ə 11 milyon avro təzminat ödəyib.

Frimponq “Mançester Siti”nin yetirməsi olsa da, peşəkar karyerasına 2019-cu ildə “Seltik”də başlayıb. O, bu mövsüm Şotlandiya klubunun heyətində 30 oyuna çıxıb, 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button