“Fənərbaxça”dan darmadağın
Futbol üzrə Türkiyə Super Liqasında 18-ci tura start verilib.
Komanda.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib. Turun açılış matçında “Sivasspor” “Qaziantep”i qəbul edib və çətin qələbəyə sevinib.
Son turda “Konyaspor”a məğlub olan “Qalatasaray” bu dəfə doğma meydanda “Gənclərbirliyi”ni sınağa çəkib və 6 cavabsız qola sevinib.
Lider “Beşiktaş” “Hatayspor” səfərinə yollanıb. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. “Başakşəhər” isə “Ankaragücü” ilə səfər oyunundan qalib ayrılıb.
“Fənərbaxça” bu tur çərçivəsində “Ərzurumspor”un qonağı olub və darmadağına sevinib. “Alanyaspor” isə doğma meydanda “Kasımpaşa”ya uduzub.
Türkiyə Super Liqası, 18-ci tur
9 yanvar
Sivasspor – Qaziantep 2:1
Qol: H.Arslan, 41; 47 – Maksim, 4.
Kayserispor – Yeni Malatyaspor 1:0
Qol: S.Kaya, 10.
Göztəpə – Antalyaspor 0:1
Qol: D.Sınık, 77.
Qalatasaray – Gənclərbirliyi 6:0
Qol: Mbaye, 1. Belhanda, 30; 44; 45+1. O.Çağlayan, 64. Babel, 67-pen.
10 yanvar
Fatih Karagümrük – Konyaspor 2:1
Qol: Bertolaççi, 66. Ndiaye, 81 – Yevtoviç, 84.
Ankaragücü – Başakşəhər 1:2
Qol: E.Çekici, 20 – Vişça, 17. D.Ba, 56.
Rizəspor – Dənizlispor 1:1
Qol: K.Rüzgar, 90+2 – Rodalleqa, 9.
Hatayspor – Beşiktaş 2:2
Qol: Bupendza, 7; 23 – Abubakar, 6. Larin, 41.
11 yanvar
Ərzurumspor – Fənərbaxça 0:3
Qol: M.Yandaş, 45+4. Pelkas, 48. S.Gümüş, 51.
Alanyaspor – Kasımpaşa 1:2
Qol: Bakasetas, 40-pen – Hodziç, 22. Y.Erdoğan, 33.
Bombardir: Aaron Bupendza (Hatayspor) – 11 qol.
Bizi Facebook-da izləyin