“Trabzonspor” birini gətirdi, ikisini icarəyə göndərdi

Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi digər elita klubu “Gənclərbirliyi”nin yarımmüdafiəçisi Berat Özdemiri transfer edib.

Bu barədə Trabzon klubunun rəsmi saytı məlumat yayıb. 22 yaşlı futbolçu ilə 4.5 illik müqavilə imzalanıb.

“Trabzonspor” bu transferə görə “Gənclərbirliyi”nə 2.5 milyon avro ödəyəcəyini açıqlayıb. Futbolçunun özü isə 2020/21 mövsümündə 2 milyon 500 min lirə, 2021/22 mövsümündə 5 milyon lirə alacaq. 2022/23 və sonkarı mövsümlərdə də onun məvacibi artmağa davam edəcək.

“Gənclərbirliyi”nin öz yetirməsi olan Berat Özdemir 2017/2018 mövsümündə “Hacettepe”də icarədə də oynayıb.

“Trabzonspor” öz oyunçularından Qaston Kampi və Veqar Eggen Hedenştadı da “Fatih Karagümrük”ə göndərib. Argentinalı futbolçu Kampi icarəyə verilibsə, norveçli Hedenştad birdəfəlik transfer olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button