“Keşlə”nin şikayəti təmin edilmədi

Apellyasiya Arbitraj Tribunalı qərarlarını açıqlayıb.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Keşlə”, “Neftçi” və “Kəpəz”in şikayəti ilə bağlı qərarlar verilib:

Keşlə”

1. “Keşlə” Futbol Klubu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin.

2. AFFA İntizam Komitəsinin 1 dekabr 2020-ci il tarixli qərarı ilə 29.11.2020-ci ildə Premyer Liqanın 11-ci turunun “Keşlə” – “Sabah” oyununda “Keşlə” klubunun 2 nömrəli futbolçusu İlkin Qırtımovun qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə aldıqdan sonra hakimlər briqadasını təhqir etdiyi üçün 4 oyun cəzalandırılması, klubun 3200 manat cərimə olunması qərarı qüvvədə saxlanılsın. 

“Neftçi”

1. “Neftçi” Peşəkar Futbol Klubu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin.

2. AFFA İntizam Komitəsinin 1 dekabr 2020-ci il tarixli qərarı ilə 26.11.2020-ci ildə Birinci divizionun 7-ci turunun “Neftçi-2” – “Qaradağ Lökbatan” oyununda matçın 81-ci dəqiqəsində “Neftçi-2” klubunun 98 nömrəli futbolçusu Famil Camalovun “aqressiv hərəkət”ə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün cəzalandırıldığı oyun sayı ikiyə endirilsin. Klubun 320 manat cərimə olunması qərarı qüvvədə saxlanılsın. 

“Kəpəz”

1. “Kəpəz” Peşəkar Futbol Klubu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin.

2. AFFA İntizam Komitəsinin 1 dekabr 2020-ci il tarixli qərarı ilə 26.11.2020-ci ildə Birinci divizionun 7-ci turunun “Kəpəz” – “Turan Tovuz” oyununda “Kəpəz” klubunun baş məşqçisi Yaşar Vahabzadənin cəzalandırıldığı oyun sayı ikiyə endirilməklə qalan oyunlarda şərti olaraq cəzadan azad edilsin. Klubun 400 manat cərimə olunması qərarı qüvvədə saxlanılsın.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button