Nazarovun komandası doğma meydanda uduzdu

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 10-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti matçına çıxıb.

Aue təmsilçisi doğma meydanda “Regensburq”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Nazarov da bu matçın iştirakçısı olub. O, 72-ci dəqiqədə meydana buraxılıb.

10 turdan sonra 15 xala malik “Ersgebirge” 18 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button