“Sivasspor”un baş məşqçisində koronavirus aşkarlandı

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Sivasspor” klubunun baş məşqçisi Rıza Çalımbay koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə Çalımbay “tvitter” hesabında paylaşım edib. O, Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Vilyarreal”a qarşı keçirəcəkləri oyundan əvvəl verilən koronavirus testinin müsbət çıxdığını bildirib.

Çalımbay karantinə alınıb və “Vilyarreal”la oyunda komandasına rəhbərlik etməyəcək.

“Sivasspor” Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində sabah “Vilyyarreal”la qarşılaşacaq. “Qarabağ” isə bu turda İsrail “Makkabi”si (Təl-Əviv) ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button