İddia: Maradona həkim səhvlərinə görə ölüb

Argentina millisinin sabiq futbolçusu Dieqo Maradonanın ölümüylə bağlı yeni iddialar ortaya atılıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı jurnalist Martin Lemos, mərhum futbolçunun həkim səhvləri üzündən öldüyünü deyib:

“Bizə belə bir məlumat gəlib ki, Maradona həkimlərin səhv müalicəsinə görə vəfat edib. Bir infarkt keçirdi, ancaq ona müdaxilə edən həkimlərdən heç biri bu haqda danışmadı, sadəcə öldüyünü dedilər”.

Dünya futbolunun əfsanəsi Maradona dünən vəfat edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button