39 yaşlı İbrahimoviçdən yeni rekord
İtaliya A Seriyasının 8-ci turu çərçivəsində “Milan”ın “Napoli”ni 3:1 hesabı ilə məğlub etdiyi oyun futbolçusu Zlatan İbrahimoviç üçün əlamətdar olub.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qırmızı-qaralar”ın iki qolunun müəllifi olan isveçli hücumçu A Seriyasının tarixinə düşüb. İbrahimoviç ardıcıl 8 oyunda qol vurmağı bacaran ilk futbolçu olub. O, bu oyunlarda ümumilikdə 13 qol vurub.
İbrahimoviç bu ilin yanvarından etibarən “Milan”ın şərəfini qoruyur. Onun müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin