Araz Abdullayevsiz ilk qələbə

Futbol üzrə Türkiyə 1-ci liqasında 10-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Ankaraspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0. Bu, Bolu təmsilçisinin cari mövsümdə ilk qələbəsi olub.

Araz bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib. Bu isə böyük ehtimalla onun koronavirusa yoluxması ilə bağlıdır. Məsələ burasındadır ki, sözügedən matçdan öncə “Boluspor”da koronavirusa kütləvi yoluxma qeydə alınmışdı. Klub azı 10 futbolçunun, 6-dan çox əməkdaşının COVİD-19 testinin pozitiv çıxdığını açıqlamışdı. Arazın həm oyundan öncəki son məşqlərdə iştirak etməməsi, həm də bu oyunu buraxması onun da yoluxanlar sırasında olması ehtimalını artırır.

10 turdan sonra hesabında 7 xal olan “Boluspor” 18 kollektiv arasında 14-cüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button