“Qalatasaray”ın futbolçusu millidə zədələndi

Türkiyənin “Qalatasaray” klubunun müdafiəçisi Kristian Luyindama zədələnib.

Komanda.az xəbər verir ki, 26 yaşlı futbolçu Konqo Demokratik Respublikası yığmasının düşərgəsində, son məşqlərin birində sıradan çıxıb.

Zədə səbəbindən Luyindamanın Afrika Millətlər Kuboku çərçivəsində Anqolaya qarşı keçirəcəkləri oyunlarda forma geyinməyəcəyi bildirilir.

Xatırladaq ki, konqolu futbolçu 2019-cu ilin noyabrında da millinin düşərgəsində ağır zədə almış və mövsümü erkən bitirmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button