Boatenq təəccüblənib

Cari mövsümün sonunda “Bavariya”dan ayrılacağı deyilən Jerom Boatenq açıqlama verib.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Münhen klubunun yeni müqavilə təklif etmədiyi 32 yaşlı müdafiəçi buna təəccübləndiyini bildirib:

“Kimsə mənimlə bu haqda danışmayıb. Bu məsələ ilə bağlı nəsə bilmirdim, təəccübləndim. Klub daxilində gələcəyimlə bağlı müzakirə olmayıb. İşimdən razı qaldıqlarını düşünürdüm. Nə baş verəcəyini gözləməliyik”.

2011-ci ildən “Bavariya”nın şərəfini qoruyan Boatenqin müqaviləsi cari mövsümün sonunda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button