Super Liqa klubunun fransız hücumçusu koronavirusa yoluxdu

Türkiyənin “Rizəspor” klubunun fransız hücumçusu Loik Remi koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə 33 yaşlı forvard sosial şəbəkə hesabında məlumat paylaşıb:

“Sonunda məni də koronavirus yaxaladı. Sağlıq durumum çox yaxşıdır. Qaydalara əməl edərək karantin müddətimin başa çatmasını gözləyirəm”.

Remi bu mövsüm Super Liqada 7 oyuna çıxıb, 6 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button