Bundesliqa klubunda koronavirus şoku
Almaniyanın “Hoffenhaym” klubunun kollektivindən növbəti dəfə koronavirus testi götürülüb.
Komanda.az xəbər verir ki, test nəticəsində dörd futbolçuda COVİD-19 aşkarlanıb.
Bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Xəbərdə komanda üzvlərindən danimarkalı yarımmüdafiəçi Robert Skov, israilli hücumçu Munas Dabbur, alman yarımmüdafiəçi Sebastyan Rudi və əlcəzairli forvard İshak Belfodildə koronavirus aşkarlandığı diqqətə çatdırılıb. Bu üzdən komandanın məşqləri dayandırılıb, bütün kollektiv karantinə alınıb.
Xatırladaq ki, “Hoffenhaym”da daha öncə Yakob Larssen, Andrey Kramariç, Kasim Adams, Pavel Kaderjabekdə də koronavirus aşkarlandığı açıqlanmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin