“Poqbanın xoşbəxt olduğunu deyə bilmərik” – Deşam

Fransa millisinin baş məşqçisi Didye Deşam yığmanın və “Mançester Yunayted”in futbolçusu Pol Poqba ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, baş məşqçi, Poqbanın klubdakı vəziyyətindən narahat olduğunu bildirib:

“Poqbaya verə biləcəyim məsləhət yoxdur. Uzun müddətdir ki, bu klubda oynayır. O, “Mançester Yunayted”də oyun müddətindən və mövqeyindən razı olmayacağı vəziyyətdədir. Poqba indi ən yaxşı dövründə deyil, ardıcıl zədələr yaşadı. Daha sonra başlayan koronavirus dövrü ona pis təsir etdi. Keçən ay yaxşı çıxış etdi və hələ də bunu davam etdirir. Lakin Poqbanın xoşbəxt olduğunu deyə bilmərik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button