Pato Çempionşip klubuyla danışıqlar aparır

Braziliyalı hücumçu Aleşandro Pato karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Komanda.az xəbər verir ki, 31 yaşlı futbolçu “Birmingem” klubu ilə danışıqlar aparır. Bu barədə “Sky Sports” nəşrinin jurnalisti Tima Bekeri “tvitter” hesabında məlumat yayıb. Patonun Çempionşip klubuyla yaxın zamanda müqavilə imzalayacağı gözlənilir.

Son olaraq “San Paulo”da forma geyinən Pato avqust ayından azad agent statusu daşıyır. Braziliyalı futbolçu karyerası ərzində “Milan” (İtaliya), “Korintians” (Braziliya), “Çelsi” (İngiltərə), “Vilyarreal” (İspaniya), “Tyantzin Tyantsyan” (Çin) kimi klublarda çıxış edib.

Pato Braziliya yığmasında 27 oyunda 10 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button