Türkiyə klubunda 3 nəfər koronavirusa yoluxdu

Türkiyənin “Yeni Malatyaspor” klubunda üç nəfər koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, virusa yoluxanlardan biri futbolçu, digər iki nəfər isə klub işçisidir. Onların adları açıqlanmayıb. Koronavirus testi pozitiv nəticələnən şəxslər karantinə alınıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button