Həkimi Maradonanın durumundan danışdı
Argentina milli komandasının sabiq futbolçusu Dieqo Maradonanın xəstəxanaya yerləşdirildiyini xəbər vermişdik.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Maradonanın şəxsi həkimi Loepoldo Luk sabiq yarımmüdafiəçinin səhhətiylə bağlı açıqlama verib:
“Maradona özü xəstəxanaya gəlmək istədi, ona görə indi burdayıq. Həyatı təhlükədə deyil. O, tezliklə sağalacaq. Bir neçə müayinədən keçdikdən sonra evə buraxılacaq. Maradona bazar günü komandasına rəhbərlik etmək istəyir. O, xəstəxanaya çatmazdan əvvəl də mənə bu haqda deyib”.
Maradona Argentinanın “Ximnasiya” klubunu çalışdırır. Onun rəhbərlik etdiyi kollektiv noyabrın 8-də “Veles Sarsfild”lə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin