Qrizmann gedir, Depay gəlir
“Barselona”nın futbolçusu Antuan Qrizmannın komandadan ayrıla biləcəyini xəbər vermişdik.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, fransalı futbolçu karyerasını ölkəsində davam etdirə bilər. 29 yaşlı futbolçu “Lion”un maraq dairəsindədir. “Lion” Kataloniya klubundakı vəziyyətindən razı olmayan futbolçu üçün danışıqlara hazırdır. Məlumata görə, “Barselona” rəhbərliyi də baş məşqçi Ronald Kumanın ümidlərini doğrultmayan Qrizmannın ayrılığına müsbət yanaşır. “Barsa” Qrizmannın “Lion”a transfer olunacağı halda, qarşı tərəfdən Memfis Depayın keçidini həll edəcək.
Qrizmannın “Barselona” ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin