30 yaşında Almaniya millisindən getdi
“Köln”ün müdafiəçisi Yonas Hektor Almaniya yığmasındakı karyerasını başa vurub.
Komanda.az xəbər verir ki, 30 yaşlı futbolçu bu barədə qərarını millinin baş məşqçisi Yoahim Lövə də çatdırıb.
Bu barədə Almaniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Müdafiəçiyə millidəki xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.
Qeyd edək ki, 2014-cü ilin 24 noyabrında millidə debüt edən Yonas Hektor ölkəsinin əsas komandasında 43 oyun keçirib, 3 qol vurub.
“Aursmaxer”in yetirməsi olan və peşəkar karyerasına da bu komandada başlayan Yonas Hektor, 2010-cu ildən “Köln”ün uğurları üçün çalışır. O, bu komandada 230-dan çox oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin