“Roma”nın futbolçusunda koronavirus aşkarlandı
Futbol üzrə Qvineya yığmasının və İtaliyanın “Roma” klubunun yarımmüdafiəçisi Amadu Diavara koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, bu barədə futbolçu sosial şəbəkə hesabında məlumat verib:
“Millidən qayıdandan sonra koronovirusla bağlı verdiyim testin nəticəsini aldım. Təəssüf ki, nəticə müsbətdir. Məni tanıyan bütün insanlara bildirmək istəyirəm ki, səhhətim normaldır, özümü yaxşı hiss edirəm. Karantinə getməyə məcburam”.
Qeyd edək ki, Diavara 2019-cu ilin iyulundan “Roma”da forma geyinir. 23 yaşlı futbolçu daha öncə “Bolonya” və “Napoli”də də oynayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin