İbrahimoviçin koronavirus testi növbəti dəfə müsbət oldu

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç və müdafiəçisi Leonardo Duarte yenidən koronavirus testindən keçib.

Komanda.az xəbər verir ki, hər iki oyunçunun testi müsbət nəticələnib.

Duarte sentyabrın 23-də, İbrahimoviç isə bir gün sonra koronavirusa yoluxub. Futbolçular tam sağalmadığı üçün A Seriyasının 4-cü turunda “İnter”lə matçda iştirakları sual altındadır.

Qeyd edək ki, oktyabrın 17-də keçiriləcək “İnter” – “Milan” matçına Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button