“İnter”in futbolçusu keçmiş klubuna qayıtdı
“İnter”in futbolçusu Joao Mario karyerasını Portuqaliyada davam etdirəcək.
Komanda.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi “Sportinq”ə keçib. Bu barədə Lissabon təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mario, 2020/21 mövsümünü icarə əsasında “Sportinq”də keçirəcək.
Portuqaliya millisinin də üzvü olan futbolçu daha əvvəl – 2014-2016-cı illər aralığında “Sportinq”də çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin