Qvardiola: Əvvəl çempionluğa əsas namizəd “Liverpul” idi, indi isə…

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola, Premyer Liqada çempionluq yarışı haqda danışıb.

Komanda.az xəbər verir ki, İngiltərə mətbuatına açıqlama verən Qvardiola, çempionluq yarışının çətin keçəcəyini deyib:

“Liqada hələ 13 həftə var. 9-10 xal geridə olmaq problem deyil. “Tottenhem”in də yarışda olduğunu düşünürəm. “Mançester Yunayted” belə oynamağa davam etsə, yarışa qatıla bilər. “Çelsi” də ardıcıl qələbələr qazanaraq, çempionluq mübarizəsinə şərik ola bilər.

3-4 gün əvvəl çempionluğa əsas namizəd “Liverpul” idi. İndi də bizi daha üstün görürlər. Çempionluq yolunda sürprizlər çox olacaq. Hər oyunu qazanmaq çətindir.

Sakit qalmalıyıq. Heç bir iddiası olmayan komandalar həmişə problem yaradır”.

Premyer Liqada 25 turdan sonra “Liverpul” 62 xalla 1-ci, “Mançester Siti” isə 59 xalla 2-ci sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button