Zidanın “Real”a məsləhət gördüyü futbolçu

“Real”ın yarımmüdafiəçisi Çud Bellingem və komandanın keçmiş baş məşqçisi Zinəddin Zidan rəhbərliyə “Mançester Yunayted”ə məxsus olan, Dortmund “Borussiya”sında icarə əsasında çıxış edən Ceydon Sançonu almağı məsləhət görüb.

Komanda.az “Defensa Central”-a istinadən xəbər verir ki, “kral klubu”nun prezidenti Florentino Peres Sançonun transferini dəstəkləmir. Buna səbəb ingilis futbolçunun “Mançester Yunayted”dəki uğursuz çıxışıdır. Peres, Sançonun “Real” səviyyəsində olan klubda uğurlu olacağına şübhə edir.

“Mançester Yunayted” 24 yaşlı oyunçunun “Borussiya”dakı uğurlu çıxışına baxmayaraq, yayda onu satmaq istəyir. 

Bellingem əvvəllər Sanço ilə “Borussiya”da və İngiltərə millisində birgə çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button