“Musiala İngiltərə millisində oynaya bilərdi” – Keyn

“Bayern”in hücumçusu Harri Keyn əvvəldən fürsəti olsaydı, Münhen klubunun yarımmüdafiəçisi Camal Musialanı Almaniyadan çox, İngiltərə yığmasında oynamağa razı sala biləcəyini deyib.

Komanda.az “İTV Football”-a istinadən xəbər verir ki, ingilitərəli forvard, Musialanı mükəmməl oyunçu adlandırıb:

“Aydındır ki, o, İngiltərə millisində oynaya bilərdi. Musiala çox mükəmməl oyunçudur. Bir neçə il əvvəl burada (“Bayern”) olsaydım, bəlkə də, onu bizim millidə oynamağa razı sala bilərdim”.

21 yaşlı futbolçu bu mövsüm “Bayern”in heyətində 37 oyun keçirib, 12 qol vurub və 8 məhsuldar ötürmə edib.

Musiala 2011-2019-cu illərdə “Çelsi”nin və İngiltərə millisinin gənclərdən ibarət komandalarında çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button