ÇL: “Məğlubiyyətin məsuliyyətini öz üzərimə götürürəm”

PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda Dortmund “Borussiya”sına məğlubiyyətdən (0:1) sonra futbolçularını niyə dəstəklədiyindən danışıb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, oyundan sonra futbolçuların hər biri ilə ayrılıqda danışdığını deyib:

“Oyunçularımı dəstəkləməsəm və özümü ön plana qoymasaydım, çox üzücü olardı. Bu məğlubiyyətin məsuliyyətini öz üzərimə götürürəm. Mən oyunçularımın hər biri ilə fəxr edirəm. Mən adətən oyundan sonra futbolçularımla danışmıram, amma bu gün bir istisna etdim. Hər biri ilə ayrı-ayrılıqda danışdım. Təkcə qalib gəlmək yox, uduzmağı bacarmaq da vacibdir. Uşaqlara nümunə olmağı bilməlisiz”.

“Borussiya” ümumi hesabda (2:0) qalib gələrək Çempionlar Liqasının finalına çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button