ÇL: Bu gün ikinci finalçı məlum olacaq

Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçının adına aydınlıq gələcək. 

Komanda.az xəbər verir ki, Madriddə keçiriləcək oyunda “Real” “Bayern”lə qarşılaşacaq. 

Komandalar arasında ilk oyun 2:2 hesabı ilə yekunlaşmışdı. Qalib finalda Almaniyanın “Borussiya” (Dortmund) komandasına rəqib olacaq.

Çempionlar Liqasının qalibinin adına iyunun 1-də “Uembli”də keçiriləcək görüşdə aydınlıq gətiriləcək.  

8 may

UEFA Çempionlar Liqası
Yarımfinal, cavab oyunu

23:00 Real (İspaniya) – Bayern (Almaniya)
Baş hakim: Şimon Marçinyak (Polşa)
“Santyaqo Bernabeu” stadionu.
İlk matç – 2:2.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button